İran Xarici İşlər Nazirliyi ölkənin yeni Ali Lideri Müctəba Xameneinin yaralandığını təsdiqləyib.
Nazirlik həmçinin onun səhhətinin yaxşı olduğunu vurğulayıb.
Modern.az xəbər verir ki, İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Baqai “Corriere della Sera”ya bildirib ki, Xamneinin xalqa nə vaxt müraciət edəcəyi barədə hələlik məlumat yoxdur.
Esmail Baqai həmçinin bildirib ki, "yeni Ali Rəhbər vəzifəsi uğrunda üç-dörd nəfər mübarizə aparırdı, lakin Ekspertlər Şurasındakı əksəriyyət onu seçdi".
Bir gün əvvəl “Nyu-York Tayms” qəzeti də mənbələrə istinadən xəbər vermişdi ki, Müctəba Xamenei 28 fevralda - ABŞ və İsrailin İrana hücumunun ilk günündə yaralanıb. İddia olunurdu ki, bu səbəbdən o, ictimaiyyət qarşısına çıxmayıb, eləcə də təhlükəsizlik səbəbləri ilə. Lakin mənbələr Ali Rəhbərin şüurlu olduğunu və özünü yaxşı hiss etdiyini vurğulayıblar. Bu məlumat yayılandan qısa müddət sonra İran prezidentinin oğlu və hökumətin müşaviri Yusif Pezeşkian da Müctəba Xameneyinin səhhətinin yaxşı olduğunu bildirib.
“Reuters” daha sonra agentliyin mənbələrinə görə, İran Ali Rəhbəri yüngül yaralanıb, lakin işini davam etdirir. Onun ayağından yara aldığı güman edilir.
Müctəba Xamenei 28 fevral 2026-cı ildə - müharibənin ilk günündə həlak olan atası Əli Xameneinin yerinə seçilib.
Martın 8-də Ali Lider seçilən Müctəba Xameni hələ ki İran xalqına müraciət etməyib və ya heç bir yazılı açıqlama verməyib.