Modern.az

Rusiya Azərbaycan vasitəsilə İrana yardım göndərir

Rusiya Azərbaycan vasitəsilə İrana yardım göndərir

Dünya

Bu gün, 12:29

Rusiya Fövqəladə Hallar Nazirliyinin xüsusi reysi ilə İran üçün Azərbaycana tibbi ləvazimatlar çatdırılacaq.

Modern.az xəbər verir ki, bu barədə Nazirliyin mətbuat xidmətindən TASS-a verilən məlumatda bildirilib.

"Rusiya Prezidenti Vladimir Putinin göstərişlərinə uyğun olaraq və Rusiya fövqəladə hallar naziri Aleksandr Kurenkovun göstərişi ilə nazirliyin təyyarələri sonradan İran İslam Respublikası hökumətinin səlahiyyətli nümayəndələrinə təhvil verilməsi üçün Azərbaycan Respublikasına tibbi ləvazimatların çatdırılmasını təşkil edib".

Humanitar yardım olaraq ümumilikdə 13 ton tibbi ləvazimat çatdırılacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Ərdoğan generalını Naxçıvana göndərdi - İrana belə cavab veriləcək!