Modern.az

Ukrayna İrana görə əziyyət çəkir

Ukrayna İrana görə əziyyət çəkir

Dünya

Bu gün, 13:03

ABŞ tezliklə Yaxın Şərqdəki münaqişəyə üstünlük verəcək və bu da Ukraynanın daha az Amerika sursatı almasına səbəb olacaq.

Modern.az xəbər verir ki, bu barədə "Politico" nəşri mənbələrə istinadən məlumat verib.

"ABŞ-ın qarşıdakı aylarda milli ehtiyaclara üstünlük verəcəyi kimi, Ukraynanın da əziyyət çəkəcəyi öz-özünə aydındır", - NATO ölkəsinin adı açıqlanmayan nümayəndəsi bildirib.

Başqa bir rəsmi şəxs Yaxın Şərq münaqişəsinin bəzi silah sistemlərinin qiymətini ikiqat artırdığını qeyd edib.

Bloomberg əvvəllər bildirmişdi ki, Yaxın Şərq münaqişəsində Amerikanın "Patriot" raket tutucularından intensiv istifadə olunması səbəbindən Ukraynanın hava hücumundan müdafiə sisteminin zəifləməsi ilə üzləşə bilər. Nəşrin məlumatına görə, ABŞ və müttəfiqləri İrana qarşı ABŞ-İsrail hərbi əməliyyatının başlanğıcından bəri 1000-dən çox "Patriot" raketindən istifadə ediblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ərdoğan generalını Naxçıvana göndərdi - İrana belə cavab veriləcək!