İran qonşularından ABŞ-ın öz ərazilərindən sui-istifadə etməsinə icazə verməmələrini istəyib.
Modern.az xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Baqai bildirib.
"Onlar Ali Liderimizi, ən vacib komandirlərimizi öldürdülər. Belə zəngin sivilizasiyaya, suveren dövlətə malik bir ölkənin bu dəhşətli təcavüzə qarşı laqeyd qalacağını gözləyirsinizmi? Biz qonşularımızdan ABŞ-ın öz ərazilərindən sui-istifadə etməsinə icazə verməmələrini istədik", - deyə o, İtaliyanın "Corriere della Sera" qəzetinə verdiyi müsahibədə bildirib.
İran Xarici İşlər Nazirliyinin sözçüsünün sözlərinə görə, avropalılar böyük məsuliyyət daşıyırlar, onlar ABŞ və İsrailə aldanmamalıdırlar.
"Onlar bu ədalətsizliyə qarşı çıxmaq üçün kifayət qədər cəsarətli olmalıdırlar və əgər belə etsəydilər, biz onları vasitəçi kimi görmək istərdik", - Baqai vurğulayıb.