Modern.az

İsrail Tehranda “Bəsic” postlarını bombaladı

İsrail Tehranda “Bəsic” postlarını bombaladı

Dünya

Bu gün, 22:16

İsrail ordusu Tehranda yerləşən “Bəsic” qüvvələrinə məxsus nəzarət postlarına zərbələr endirdiyini bildirib.

Modern.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) yaydığı açıqlamada qeyd olunub.

Məlumata görə, “Bəsic” bölmələrinin paytaxtın müxtəlif yerlərində yol nəzarət məntəqələri qurduğu müəyyən edilib. Bildirilir ki, kəşfiyyat məlumatları əsasında son sutka ərzində İsrail Hərbi Hava Qüvvələri həmin postları və orada yerləşən qüvvələri hədəfə alıb.

“Bəsic” İranın İnqilab Keşikçiləri Korpusunun nəzarətində fəaliyyət göstərən yarıhərbi təşkilat hesab olunur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda bu vəzifəlilər də öldürüldü - Şok adlar