Modern.az

İsrail-İran münasibətlərində 2500 illik OLAY

İsrail-İran münasibətlərində 2500 illik OLAY

Dünya

Bu gün, 13:03

Yaxın Şərqdə növbəti gərginlik dalğası fonunda İsrail və İranın siyasi sistemlərinin dayanıqlığı və idarəetmə modellərinin effektivliyi ilə bağlı müzakirələrin artacağı gözlənilir. Bu kontekstdə iki ölkəni demoqrafik göstəricilər baxımından müqayisə etmək maraqlı nəticələr ortaya qoyur.

Modern.az xəbər verir ki, 1950-ci ildə, 75 il öncə İranın demoqrafik göstəriciləri İsraili xeyli üstələyirdi. Həmin dövrdə doğum əmsalı İranda 6,95, İsraildə isə 4,52 idi. İranda ildə 844 min, İsraildə isə cəmi 43 min uşaq dünyaya gəlirdi. Beləliklə, doğulanların sayı arasında təxminən 20 dəfə fərq mövcud idi. Bu nisbət 1980-ci illərin əvvəlinə, yəni İran-İraq müharibəsinə qədər əsasən qorunub saxlanılmışdı.

1990-cı ildə İsraildə 103 mindən çox uşaq dünyaya gəldiyi halda, İranda bu rəqəm 1,72 milyon təşkil edirdi. Nisbət 6:100 səviyyəsində idi. Həmin dövrdə ümumi doğum əmsalı arasındakı fərq azalsa da, yenə də hiss olunurdu. Demoqrafik göstəricilərin kəsişməsi, bəzən “yəhudi-fars kəsişməsi” kimi də adlandırılan dönüş nöqtəsi -1996-cı ildə baş verdi. Hər iki ölkədə doğum əmsalı qadın başına 2,95 uşaq səviyyəsində bərabərləşdi.

Bu dövrdən sonra İranın demoqrafik göstəricilərində keyfiyyət baxımından geriləmə müşahidə olunmağa başladı, İsraildə isə sabitlik qorundu. 2010-cu ildə doğulan uşaqların say nisbəti 12,19 faizə çatdı və İsraildə doğum səviyyəsi İrandan xeyli yüksək oldu: qadın başına 3,03 uşaq, İranda isə 1,77 uşaq.

2025-ci ilə gəldikdə isə fərq demək olar ki, iki dəfəyə yaxınlaşıb. İsraildə ümumi doğum əmsalı 2,87, İranda isə 1,37 təşkil edir. Yeni doğulanların say nisbəti isə son onilliklərin, hətta əsrlərin rekord səviyyəsi sayılan 20,11 faizə yüksəlib və artım tendensiyası davam edir.

Mövcud demoqrafik tendensiyalar qorunarsa, XXI əsrin sonlarına doğru Antik dövrdən bəri (2500 il sonra) ilk dəfə olaraq İsrail ərazisində doğulan uşaqların sayı İranla eyni səviyyəyə çata bilər. Öz insan resurslarının artması və regionun əsas oyunçularında - Türkiyə, İran, Səudiyyə Ərəbistanı və Misirdə demoqrafik azalmanın davam etməsi fonunda İsrailin iqtisadi və geosiyasi imkanlarının daha da genişlənəcəyi proqnozlaşdırılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran Türkiyəni vurmaq istədi - Raket səmada məhv edildi