Ermənistanda seçkilərdə "Vətəndaş Müqaviləsi" partiyasının yenidən seçilməsi regionlardan yeni mühacirət dalğasına səbəb ola bilər.
Modern.az "Hraparak"a istinadən xəbər verir ki, Tavuş bölgəsindəki Berd icması artıq əsasən Rusiyaya miqrasiya axınlarında artım müşahidə edib.
Eyni zamanda, gedənlərin sosial tərkibi də dəyişir: əvvəllər ölkəni daha çox sosial cəhətdən həssas qrupların üzvləri tərk edirdisə, indi miqrasiya əhval-ruhiyyəsi maliyyə cəhətdən təminatlı vətəndaşlar arasında da müşahidə olunur.
Xatırladaq ki, Berd icması Azərbaycanın Tovuz rayonu ilə üzbəüzdür.