“Oxumaq dəbdədir” kampaniyasının iştirakçısı, baş nazirin keçmiş həyat yoldaşı Anna Akopyanın yaxın rəfiqəsi Rima Davtyan təhsil naziri postuna iddia etmək niyyətində olduğunu yaxın çevrəsində bəyan edib.
Modern.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti mənbələrə istinadən yazıb.
Məlumata görə, Davtyan parlament seçkilərindən sonra bu vəzifəyə təyin olunacağına ümid edir. Qəzet həmçinin istisna etmir ki, Akopyan baş nazirin kadr siyasətinə təsir imkanlarını qoruyub saxlayır.
Qeyd olunur ki, Davtyan əvvəllər Ermənistan Respublika Partiyasının üzvü olub. Hazırda isə o, Yerevanda Samvel Gevorqyan adına 189 nömrəli məktəbin direktorudur və Akopyanın təşəbbüslərində iştirak edir.