İranda "Şahed" raketlərinin istehsalı ləngiyib, lakin dayandırılmayıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ və İsrailin hava zərbələri İranın Shahed-136 dronlarının istehsal imkanlarını azaldıb, lakin bu aparatların hələ də ehtiyat bazası qalır.
Onların istehsalı üçün mürəkkəb texnologiya tələb olunmur, buna görə də buraxılış hətta kiçik improvizə olunmuş emalatxanalarda belə davam edə bilər.
İran tərəfindən bu zamana qədər 2100-dən çox belə dron buraxılıb.
Həmçinin müharibədən əvvəl İranın arsenalında təxminən 2500 ballistik raket var idi, onlardan təxminən 700-ü artıq istifadə olunub.
Ballistik raketlərin istehsalı xeyli mürəkkəbdir, buna görə də hazırkı istehsal tempi ehtimal ki, sıfıra yaxındır.