Bu səhər Əfqanıstan dronları Pakistan ordusunun bazasına zərbə endirib.
Modern.az xəbər verir ki, bu barədə “Ariana News” Telegram kanalı məlumat yayıb.
Kanalın məlumatına görə, Pakistan qoşunlarının, silah və sursat anbarlarının yerləşdiyi bu Kohat qalası dəqiq zərbə ilə hədəfə alınıb və bütün hədəflər məhv edilib.
"Bundan əlavə, qaladan təxminən iki kilometr aralıda Pakistan komandanlıq qərargahı və qala komandirinin evi də dəqiq zərbə alıb və məhv edilib", - “Ariana News” qeyd edib.
Öz növbəsində Pakistan da Əfqanıstana cavab verib.
"The Times of India" qəzetinin Əfqanıstan polisinə istinadən verdiyi məlumata görə, Pakistanın Əfqanıstanın paytaxtı Kabilə hava hücumları nəticəsində 4 nəfər ölüb, 15 nəfər yaralanıb.
Eyni zamanda, TOLO News xəbər verir ki, hava hücumları nəticəsində Qəndəhar, Paktiya və Paktika əyalətlərindəki hədəflərə zərbə ednirilib. Qəndəhar hava limanı yaxınlığındakı Kam Air yanacaq anbarına da zərbə endirilib.