Modern.az

ABŞ-nin silah ehtiyatı kəskin azalıb

ABŞ-nin silah ehtiyatı kəskin azalıb

Dünya

Bu gün, 12:50

ABŞ İrana iki həftəlik hücumlar zamanı illərlə davam edəcək sursat ehtiyatlarını tükəndirib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) hesablamalarına görə, ABŞ Yaxın Şərqdə müharibənin ilk 100 saatında 168 "Tomahawk" raketindən istifadə edib.

"Bu, çoxdur. Və onları doldurmaq illər çəkəcək", - deyə ABŞ konqresmeni bildirib.

Tramp administrasiyası İranla müharibənin ilk altı gününün ən azı 11,3 milyard dollara başa gələcəyini təxmin edir. 

Ağ Evin mətbuat katibi Kerolin Livitt 12 martda bildirib ki, ABŞ ordusunun prezident Trampın İrana qarşı əməliyyatının "məqsədlərinə çatmaq" üçün "kifayət qədər" sursatı və silahı var.

Sizə yeni x var
Keçid et
İran Türkiyəni vurmaq istədi - Raket səmada məhv edildi