ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “Boeing KC-135 Stratotanker” yanacaqdolduran hərbi təyyarəsinin qəzaya uğraması nəticəsində dörd nəfər həlak olub.
Modern.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsindəki hesabında məlumat yayıb.
“İraqda KC-135 təyyarəsinin itirilməsi nəticəsində dörd nəfərin ölümü təsdiqləndi”, - məlumatda deyilir.