İsrailin “Mossad” kəşfiyyat xidmətinin keçmiş analitiki Sima Şeyn bildirib ki, Amerika-İsrail hava hücumları İran hökumətini ciddi şəkildə zəiflətsə də, Tehran rejimi heç vaxt təslim olmayacaq.
Modern.az xəbər verir ki, israilli analitik “Bild” qəzetinə deyib:
"Düşünürəm ki, İran rejimi hakimiyyətdə qalmaqda qərarlıdır və bunun üçün hər şeyi edəcəklər. Rejimin dözümlülüyü hər kəsin düşündüyündən daha böyükdür. Onlar həyatları uğrunda mübarizə aparırlar və təslim olmayacaqlar", - deyə o qeyd edib.