Modern.az

İranlı deputat Ukraynanı hədələdi: "Hədəfimiz olacaqlar!"

İranlı deputat Ukraynanı hədələdi: "Hədəfimiz olacaqlar!"

Dünya

Bu gün, 17:52

Ukrayna İsrailə dron dəstəyi verməklə faktiki olaraq müharibənin tərəfinə çevrilib.

Modern.az xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin rəhbəri İbrahim Əzizi özünün X sosial media səhifəsində bildirib.

"İsrail rejimini dronlarla dəstəkləməklə, dağılmış Ukrayna faktiki olaraq müharibəyə cəlb olunub və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 51-ci maddəsinə əsasən, bütün ərazisini İran üçün qanuni hədəfə çevirib", - deyə Əzizi yazıb.

İranlı deputat paylaşımı Volodimir Zelenski və Benyamin Netanyahunun birgə fotosu ilə təsvir edib.

Ukrayna lideri Volodimir Zelenski 9 martda “The New York Time”s qəzetinə verdiyi açıqlamada Ukraynanın Yaxın Şərqdəki ABŞ bazalarını qorumaq üçün tutucu dronlar və dron mütəxəssisləri göndərdiyini bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrana RƏSMİ XƏBƏRDARLIQ - Türkiyə müharibəyə qoşulur?