Modern.az

İsrail İran Kosmik Agentliyinin mərkəzini darmadağın etdi 

İsrail İran Kosmik Agentliyinin mərkəzini darmadağın etdi 

Dünya

Bu gün, 19:12

İsrailin həyata keçirdiyi hava hücumu nəticəsində İran Kosmik Agentliyinin paytaxt Tehranda yerləşən əsas elmi-tədqiqat mərkəzi sıradan çıxarılıb.

 

Modern.az xəbər verir ki, bu barədə İsrail Silahlı Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

 

İsrail rəsmilərinin açıqlamasına görə, vurulan mərkəzdə müxtəlif tədqiqatlar üçün nəzərdə tutulan strateji laboratoriyalar fəaliyyət göstərib, burada kəşfiyyat məlumatlarının toplanması, müşahidələrin aparılması və Yaxın Şərq regionundakı obyektlərin hədəfə alınması məqsədilə hərbi təyinatlı peyklərin yığılması həyata keçirilib.

 

Bununla yanaşı, hərbi idarə hava hücumundan müdafiə sistemlərinin istehsal edildiyi daha bir neçə obyektə də zərbələr endirildiyini diqqətə çatdırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
İrana RƏSMİ XƏBƏRDARLIQ - Türkiyə müharibəyə qoşulur?