Ukrayna Prezidenti Volodimir Zelenski “Inter France” telekanalına müsahibəsində ABŞ prezidenti Donald Tramp ilə münasibətləri barədə zarafatla danışıb.
Modern.az-ın məlumatına görə, Zelenski bildirib ki, yaş fərqi səbəbindən Tramp onların münasibətini ata və oğul münasibəti kimi görə bilər.
“Biz Tramp ilə eyni yaşda deyilik. Bəlkə də buna görə o, münasibətlərimizi ata və oğul münasibəti kimi görür”, – deyə Ukrayna lideri bildirib.
Jurnalistin “Sizcə, o sizi öz oğlu kimi görür?” sualına Zelenski gülümsəyərək cavab verib: “Bilmirəm. Bəlkə də ən sevdiyi oğlu kimi yox. Amma niyə də olmasın?”