Modern.az

İranın "Gerçək vəd" əməliyyatının növbəti dalğası BAŞLADI

İranın "Gerçək vəd" əməliyyatının növbəti dalğası BAŞLADI

Dünya

Bu gün, 10:08

İran ordusu İsrailin regional komandanlıq və nəzarət mərkəzlərinə qarşı hücumun 53-cü dalğasını həyata keçirib.

Modern.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) istinadən məlumat yayıb.

Bildirilib ki, "Gerçək vəd 4" əməliyyatının 53-cü dalğası çərçivəsində ABŞ-nin hərbi bazası da hədəf alınıb. "Hücumlarda 10 ədəd "Fəttah" və "Qədr" hipersəs raketləri, həmçinin pilotsuz uçuş aparatlarından istifadə olunub",- məlumatda qeyd olunub.

SEPAH açıqlayıb ki, ABŞ və İsrail təslim olana qədər hücumlar davam etdiriləcək.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana hava zərbələri endirib. Bundan sonra SEPAH ABŞ-nin regiondakı hərbi bazaları və İsrail ərazisini hədəf alıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrana RƏSMİ XƏBƏRDARLIQ - Türkiyə müharibəyə qoşulur?