Modern.az

Sinaqoqa hücum edən şəxs "Hizbullah" komandirinin qardaşı imiş

Sinaqoqa hücum edən şəxs "Hizbullah" komandirinin qardaşı imiş

Dünya

Bu gün, 19:41

ABŞ-ın Miçiqan ştatında sinaqoqa hücum edən şəxsin qardaşının Livanda “Hizbullah”ın komandiri olduğu iddia edilir.

Modern.az xəbər verir ki, bu barədə məlumatı “The New York Times” qəzeti yayıb.

İsrail hərbçilərinin açıqlamasına görə, hücum edən Ayman Mohammad Qəzalinin qardaşı Ibrahim Mohammad Qəzali “Hizbullah”ın bir bölməsinə rəhbərlik edib. Bildirilir ki, o, martın 5-də Livanda silah anbarı və silahlıların yerləşdiyi obyektə endirilən İsrail aviazərbəsi nəticəsində öldürülüb.

Məlumata görə, hücumu həyata keçirən Ayman Qəzali Livan əsilli olsa da, sonradan ABŞ vətəndaşlığını alıb. Livan rəsmiləri və Miçiqandakı müsəlman icmasının nümayəndələri bildiriblər ki, İsrail zərbəsi nəticəsində onun ailəsindən dörd nəfər – iki qardaşı və qardaşlarından birinin iki övladı həlak olub, İbrahimin həyat yoldaşı isə ağır yaralanıb.

“Israel Defense Forces” kəşfiyyat araşdırmasından sonra İbrahim Qəzalinin öldürüldüyünü təsdiqləyib, lakin əməliyyatın detalları açıqlanmayıb. “Hizbullah”ın nümayəndəsi isə onun təşkilat üzvü olub-olmadığını təsdiq və ya təkzib etməyib, lakin Miçiqandakı hücumun ailə üzvlərinin ölümünə görə qisas olduğunu bildirib.

İsrail tərəfinin iddiasına görə, İbrahimin rəhbərlik etdiyi “Bədr” adlı bölmə İsrail ərazisinə yüzlərlə raketin buraxılmasında iştirak edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrana RƏSMİ XƏBƏRDARLIQ - Türkiyə müharibəyə qoşulur?