İsrailin Baş naziri Binyamin Netanyahu yoxa çıxması ilə bağlı şayiələri təkzib edib.
Modern.az xəbər verir ki, o, israildə qəhvəxanadan bir video paylaşıb. Netanyahu bir əlində 6 barmağı olması iddialarını yalanlamaq üçün əllərini də göstərib.
“Demək istəyirsiniz ki, yaxşıyam, ya ölmüşəm? Qəhvəni və xalqımı çox sevirəm”.
-Barmaqlarınızı saymağa bizə kömək edə bilərsiniz?
-Buyurun. Gördünüz? Bu həyatdır.
“Biz elə işlər görürük ki, hazırda onları bölüşə bilmərəm, amma İrana qarşı çox güclü zərbələr vururuq - elə bu gün də. Livanda da davam edirik. Həmişə arxa cəbhə komandanlığının göstərişlərinə əməl edin. Şəhər rəhbərləri də daim sığınacaq yerlərinin yaxınlığında olsunlar. Qəhvəyə görə isə təşəkkür edirəm, əladır. Amma kalorilərindən xəbərim yoxdur. Bir az təhlükəli görünür” , - Netanyahu deyib.
Qeyd edək ki, Netanyahunun İrana qarşı hərbi əməliyyatlardan bəri ictimaiyyət arasına çıxmadığı, hətta çıxışlarının süni intellektlə hazırlandığı iddia olunurdu. Onun bir əlində 6 barmağının olması da səsləndirilən iddialar arasında idi.