Modern.az

Tramp “Hörmüz Koalisiyası” qurur 

Tramp “Hörmüz Koalisiyası” qurur 

Dünya

Bu gün, 10:17

ABŞ prezidenti Donald Trump Hörmüz boğazını yenidən açmaq üçün bir neçə ölkədən ibarət beynəlxalq koalisiya yaratmaq planı üzərində işləyir.

Modern.az xəbər verir ki, bu barədə “Axios” portalının məlumatında deyilri. Mənbələrin bildirdiyinə görə, Trampın “Hörmüz Koalisiyası” qurmaq təşəbbüsünün bu həftə elan olunması planlaşdırılır.

Eyni zamanda Tramp administrasiyası İranın əsas neft terminalı olan Xark adasını ələ keçirmək variantını da nəzərdən keçirir.

ABŞ rəsmilərinə görə, əgər Fars körfəzində tankerlərin hərəkəti blokadada qalarsa, Xark adasını ələ keçirmək addımı gündəmə gələ bilər. Lakin belə bir əməliyyat ABŞ quru qoşunlarının iştirakını tələb edəcək.

Prezident Donald Tramp “Financial Times” qəzetinə verdiyi müsahibədə Hörmüz boğazından faydalanan ölkələrin onu açmaq üçün səy göstərə biləcəyini bildirib.

Tramp deyib ki, əgər digər ölkələr İrana mane olmasa, bu, NATO-nun gələcəyi üçün çox pis nəticələrə səbəb ola bilər. O, əvvəllər Çin, Fransa, Yaponiya, Cənubi Koreya və Böyük Britaniyanı boğazı açmaq üçün "birgə səylərə" qoşulmağa çağırmışdı.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrana RƏSMİ XƏBƏRDARLIQ - Türkiyə müharibəyə qoşulur?