Modern.az

İsrail İranın əsas "beyin mərkəzi"ni VURDU

İsrail İranın əsas "beyin mərkəzi"ni VURDU

Dünya

Bu gün, 21:28

İsrail Müdafiə Qüvvələri İran rejiminin kəşfiyyat komandanlıq mərkəzinə zərbə endirdi.

Modern.az İran KİV-nə istinadən xəbər verir ki, zərbələr səhər saatlarında İsrail Hərbi Hava Qüvvələri tərəfindən kəşfiyyat məlumatlarına əsasən endirilib. Hava hücumu Tehranın mərkəzindəki İran Elektrik Enerji Şirkəti ilə eyni kompleksdə yerləşən İran rejiminin kəşfiyyat komandanlıq mərkəzinə yönəlib.

İsrail tərəfi İran hakimiyyətinin komandanlıq mərkəzlərini mülki obyektlərdə yerləşdirdiyini və  ki, bununla zərbələrdən qorunmağa çalışdığını bildirib.

İran Xarici İşlər Nazirliyi isə Tehranın enerji qovşağına endirilən zərbənin ölkənin infrastrukturuna qəsdən endirilmiş zərbə olduğunu bildirib. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyənin hədələnməsinə Bakıdan sərt cavab: Başınız üçün deyil!