ABŞ prezidenti Donald Tramp İran raket ehtiyatlarının cəmi 8%-nin qaldığını bildirib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ kəşfiyyatına (İsrail mənbələri də daxil olmaqla) əsaslanan hesablamalara görə, İranın 2025-2026-cı illərə qədər 2500-3000 raket arsenalına sahibdir. Buraya İsrail üçün böyük narahatlıq doğuran mənzilli raketlər də daxildir.
ABŞ-da yerləşən Amerika Milli Təhlükəsizlik Yəhudi İnstitutu (JINSA) bu rəqəmləri 2026-cı ilin fevral ayında dərc edilmiş hesabatda təsdiqləyir.
İrandan 2000 km mənzilli orta hesabla 2750 raket rəqəminə əsasən, İranın İsrailə çata biləcək 220 raketi qalıb. İsrail məlumatlarına görə, 3 martdan 14 marta qədər İranın İsrailə raket atışlarının sürəti gündə təxminən 13-15 raket olduğundan, İran iki həftə ərzində raketlərini tükəndirəcək. Həmin raketlərin isə Səudiyyə Ərəbistanı və İordaniyaya qarşı deyil, yalnız İsrailə qarşı istifadə ediləcəyi gözlənilir.
Lakin İranın 1000 km-ə qədər mənzilli neçə raket buraxdığı məlum deyil.