ABŞ lideri Donald Tramp İranın yeni Ali Lideri Müctəba Xameneinin taleyi ilə bağlı suala cavab verib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Xameneinin sağ-olub olmadığını bilmədiyini vurğulayıb.
"Çox adam onun eybəcər hala düşdüyünü deyir. Bəziləri onun bir ayağını itirdiyini və çox ağır yaralandığını deyir. Digərləri isə onun öldüyünü deyir. Heç kim onun 100% sağlam olduğunu demir. Onun ölüb-ölmədiyini bilmirik. Onu heç kim görməyib. Bu, qeyri-adi haldır".