Modern.az

İrandakı müharibə nə vaxt başa çatacaq?

İrandakı müharibə nə vaxt başa çatacaq?

Dünya

Bu gün, 00:33

İsrail hökuməti İranla müharibənin nə qədər davam edəcəyi ilə bağlı konkret vaxt çərçivəsi açıqlamayıb.

Modern.az-ın məlumatına görə, İsrailin xarici işlər naziri Gideon Saar bildirib ki, rəsmi Təl-əviv qarşıya qoyulan bütün məqsədlərə çatana qədər əməliyyatları davam etdirmək niyyətindədir.

İsrail ordusunun sözçüsü, polkovnik-leytenant Nadav Şoşani isə jurnalistlərə açıqlamasında ordunun qarşıdakı üç həftə üçün detallı əməliyyat planları hazırladığını deyib. Onun sözlərinə görə, bundan sonrakı dövr üçün də əlavə planlar mövcuddur.

Şoşani qeyd edib ki, əsas məqsəd İran hakimiyyətinin hərbi və təhlükəsizlik imkanlarını maksimum dərəcədə zəiflətməkdir. O əlavə edib ki, İsrail ordusunun İran ərazisində hələ də minlərlə hədəfi var.

İsrail hərbçiləri həmçinin Tehranın Mehrabad hava limanında İranın mərhum ali lideri Əli Xameneinin istifadə etdiyi təyyarəni məhv etdiklərini açıqlayıb. Bildirilir ki, həmin təyyarədən İranın yüksək vəzifəli hərbi və mülki rəsmiləri daxili və beynəlxalq uçuşlar üçün istifadə edirdi.

Bununla yanaşı, İsrail ordusu son günlər Livanın cənubunda “Hizbullah” mövqelərinə qarşı məhdud quru əməliyyatlarına başladığını da bildirib. Məqsəd sərhəd istiqamətində müdafiə mövqelərini gücləndirməkdir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyənin hədələnməsinə Bakıdan sərt cavab: Başınız üçün deyil!