Modern.az

Britaniyadan razı qalmadım - TRAMP

Britaniyadan razı qalmadım - TRAMP

Dünya

Bu gün, 01:51

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın müharibə ilə bağlı mövqeyindən çox təəccübləndiyini bildirib.

 

Modern.az xəbər verir ki, Trampın sözlərinə görə, o, iki həftə əvvəl Böyük Britaniyanın Baş naziri Kir Starmer ilə söhbəti zamanı Londondan bölgəyə hərbi gəmilər göndərməyi xahiş edib.

 

“İki həftə əvvəl dedim ki, niyə bir neçə gəmi göndərmirsiniz? Amma o bunu etmək istəmirdi”, – deyə ABŞ Prezidenti bildirib.

 

Tramp əlavə edib ki, Starmerə ABŞ və Böyük Britaniyanın ən qədim müttəfiqlərdən biri olduğunu xatırladıb və Vaşinqtonun Ukrayna məsələsində Londona göstərdiyi dəstəyi vurğulayıb. Onun sözlərinə görə, ABŞ Böyük Britaniyadan iki aviadaşıyıcı gəmi göndərməyi də xahiş edib, lakin London buna həvəs göstərməyib.

 

Tramp bildirib ki, sonradan Starmer Yaxın Şərqə aviadaşıyıcı göndərməyi təklif etsə də, bu təklif artıq müharibə başa çatdıqdan sonra irəli sürülüb.

 

“Mən Böyük Britaniyadan razı qalmadım. Düşünürəm ki, onlar bəlkə də iştirak edəcəklər, amma bunu daha həvəslə etməlidirlər”, – deyə ABŞ Prezidenti vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyənin hədələnməsinə Bakıdan sərt cavab: Başınız üçün deyil!