Modern.az

Trampın keçmiş liderlərlə bağlı yalanı üzə çıxdı

Trampın keçmiş liderlərlə bağlı yalanı üzə çıxdı

Dünya

Bu gün, 11:32

Sağ qalan dörd keçmiş ABŞ prezidentinin heç biri hazırkı ABŞ prezidenti Donald Trampla söhbətlərində İrana qarşı əməliyyatı dəstəklədiyini bildirməyib.

Modern.az xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.

"NBC News"un araşdırması nəticəsində məlum olub ki, əslində Tramp dörd keçmiş prezidentdən heç biri ilə danışmayıb. 42-ci prezident Bill Klintonun köməkçisi şəbəkəyə Trampın qətiyyən onun haqqında danışmadığına əminlik verib.
43-cü prezident Corc Buşun köməkçisi "onlar (Buş və Tramp) əlaqə saxlamayıblar" deyib.
44-cü prezident Barak Obamanın köməkçisi də Trampla son ​​söhbətləri təkzib edib.
Eyni zamanda 46-cı ABŞ prezidenti Co Bayden də Trampın qeyd etdiyi şəxs deyil.

Xatırladaq ki, daha əvvəl Tramp ABŞ-ın keçmiş liderlərindən biri ilə danışdığını iddia edərək onun İrana qarşı ABŞ-İsrail hərbi əməliyyatını dəstəklədiyini bildirmişdi. Tramp keçmiş ABŞ liderinin adını çəkməmişdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Şok iddia! Putin Xameneini Ö*LÜMDƏN QURTARDI - Moskvaya qaçdı