Rusiya Prezidenti Vladimir Putin 23 qadının əfvi ilə bağlı sərəncam imzalayıb.
Modern.az xəbər verir ki, bu barədə Prezident yanında İnsan Hüquqları Şurasının (İHŞ) rəhbəri Valeri Fadeyev bildirib.
"Yadınızdadır, dekabr ayında prezidentlə görüşdə mümkün əfv məsələsi müzakirə olunmuşdu. Prezident 23 qadının əfvi ilə bağlı sərəncam imzalayıb. Əfv olunanlar xüsusi əməliyyatda iştirak edən uşaqları və qohumları olanlardır", - Fadeyev deyib.
“Əfv olunanların adları açıqlanmır; bu, şəxsi məlumatlardır”, - Fadeyev əlavə edib.