Bağdadda ABŞ səfirliyi yenidən raket və dron hücumlarına məruz qalıb.
Modern.az xəbər verir ki, bu barədə “Al Jazeera“ təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, raketlər və zərbə dronu ABŞ-ın Bağdaddakı səfirliyinə yönəldilib, ərazidə siqnallar işə düşüb və partlayış səsləri eşidilib.
Qeyd olunur ki, azı üç dron Bağdad beynəlxalq hava limanı yaxınlığında yerləşən ABŞ diplomatik obyektinə də hücum edib, nəticədə C-RAM hava hücumundan müdafiə sistemi işə düşüb.
Hadisə nəticəsində itki və dağıntılar barədə hələlik məlumat verilməyib.