Modern.az

Ceyhun Bayramov Əraqçi ilə Naxçıvana hücumu müzakirə etdi

Ceyhun Bayramov Əraqçi ilə Naxçıvana hücumu müzakirə etdi

Dünya

17 Mart 2026, 23:11

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla iranlı həmkarı Abbas Əraqçi arasında telefon danışığı baş tutub.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

 

Bildirilib ki, telefon danışığı zamanı, regional vəziyyət və ikitərəfli əlaqələr müzakirə olunub.

 

Nazir Ceyhun Bayramov İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumlarından sonra verilmiş vədə uyğun olaraq, İran tərəfindən araşdırmaların tamamlanmasının vacibliyini diqqətə çatdırıb.

 

Ümumilikdə, aparılan müharibə zamanı mülki obyektlərin hədəf alınmamasının zəruriliyi, bölgədə hərbi eskalasiyaya qısa müddət ərzində son qoyulmasının və mövcud çətinliklərin danışıqlar yolu ilə həll edilməsinin tərəfdarı olduğumuz vurğulanıb.

 

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

 

***

22:40

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub.

 

Modern.as xəbər verir ki, bu barədə "Khabar Fouri" məlumat yayıb.

 

Bildirilib ki, diplomatlar bölgədəki son hadisələri və ikitərəfli münasibətləri müzakirə ediblər.

 

A. Əraqçi bildirib ki, ABŞ və İsrailin hücumları beynəlxalq hüquqa ziddir. "İranın müdafiə tədbirləri yalnız təcavüzkarlara, eləcə də hücum üçün istifadə olunan baza və obyektlərə yönəlib",- Əraqçi qeyd edib.

 

Söhbət zamanı bəzi ikitərəfli məsələlər ətrafında da müzakirə aparılıb və mövcud şəraitdə istənilən anlaşılmazlığın aradan qaldırılması üçün iki ölkə arasında sıx məsləhətləşmələrin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Şok iddia! Putin Xameneini Ö*LÜMDƏN QURTARDI - Moskvaya qaçdı