İran İslam Respublikası Ali Məhkəməsinin rəhbəri – Baş hakim Möhsəni Ejei deyib ki, ABŞ-İsrail koalisiyası müharibədə bütün imkanlarını istifadə etsə də, məqsədlərinə çata bilməyib.
Modern.az İran KİV-nə istinadən xəbər verir ki, Möhsəni Ejei bu barədə Tehranda məhkəmə hakimlərinin toplantısındakı çıxışında danışıb.
O, düşmənin İran xalqının birliyini pozmaq cəhdlərinin uğursuzluqla nəticələndiyini qeyd edib.
Ejeinin sözlərinə görə, ölkənin bir sıra digər yüksək vəzifəli şəxslərinin öldürülməsi ağır itkilərdi, amma bu, müharibə ilə bağlı məsələlərin irəliləyişində heç bir pozuntu və ya çatışmazlığa səbəb olmayıb.
O, ölkənin idarəçiliyində və sistemin sabitliyində də qarmarışıqlığın olmadığını vurğulayıb.
Möhsəni Ejei “hazırda Amerika prezidentinin işi digər ölkələrə Hörmüz boğazına gəmilər və qoşun göndərmələri üçün yalvarmaqdır; əslində, hərbi sahədə super güc olduğunu iddia edən Amerika indi yoxsulluğa düşüb” deyib.
Onun sözlərinə görə, müharibə artıq regional xarakter alıb və beynəlxalq nəticələrə səbəb olub.
Ali Məhkəmənin rəhbəri hökumətin fəaliyyətini müsbət qiymətləndirib.
Məhkəmə rəhbəri vəzifəli şəxsləri daim hadisə yerində olmağa çağırıb.
Qeyd edək ki, Möhsəni Ejei ABŞ-İsrail koalisiyasının hədəflərindən biridir.