İran Ali Milli Təhlükəsizlik Şurasının öldürülən katibi Əli Laricani və oğlu ilə vida mərasimi keçirilir.
Modern.az xəbər verir ki, mərasim Tehrandakı İnqilab meydanında təşkil olunub.
“Tasnim”in məlumatına görə, Laricani ilə yanaşı, SEPAH-ın “Bəsic” təşkilatının komandiri general-mayor Qulamrza Süleymaninin də vida mərasimi keçirlir.
Onlar bu gün dəfn olunacaqlar.
Əli Laricani İsrailin dünən həyata keçirdiyi hücum nəticəsində oğlu və mühafizəçiləri ilə birlikdə həlak olub.