Modern.az

“Azərbaycan ərazisi İrana qarşı istifadə edilməyib” - Səfir

“Azərbaycan ərazisi İrana qarşı istifadə edilməyib” - Səfir

Dünya

Bu gün, 14:52

“İran tərəfinin fikrincə, müharibə zamanı Azərbaycan Respublikasının ərazisi İrana qarşı istifadə edilməyib”.

Modern.az xəbər verir ki, bunu İran İslam Respublikasının İrəvandakı fövqəladə və səlahiyyətli səfiri Xəlil Şirqolami Ermənistan KİV-nə müsahibəsində deyib:

“Bu, həm də Azərbaycanın təhlükəsizliyinin və sabitliyinin qorunmasına töhfə verir. Biz ABŞ və İsrailin İrana qarşı bütün əməliyyatlarını, onların mənbələrini və onlara dəstək olaraq göstərilən yardımı diqqətlə öyrənirik”.

Xəlil Şirqolami bildirib ki, Naxçıvan olayına görə, İranla Azərbaycan arasında yaranan anlaşılmazlıq həll olunub.

Səfir deyib ki, Azərbaycan tərəfi İranın düşmənlərinin təsirinə düşməməli və sayıq olmalıdır ki, hansısa təhlükəli oyunlara qoşulmasın.

“Amerika və İsrail elementlərinin mövcudluğu regional təhlükəsizliyə və sabitliyə xələl gətirir. Buna görə də, Azərbaycan Respublikası daha çox sayıqlıq göstərməlidir”.

Xəlil Şirqolami bir müddət öncə Naxçıvana dron atılmasını, Türkiyə istiqamətinə ballistik raketlərin buraxılmasını təxribat hesab edib. Onun sözləırinə görə, bu təxribatlar məhz Azərbaycan Respublikasını və Türkiyəni münaqişəyə cəlb etmək məqsədi daşıyırdı: “Ona görə də, bu ölkələr ehtiyatlı olmalıdırlar”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı