Modern.az

Azərbaycandan köçən 34 576 nəfərə Ermənistan vətəndaşlığı verilib

Azərbaycandan köçən 34 576 nəfərə Ermənistan vətəndaşlığı verilib

Dünya

Bu gün, 17:05

Qarabağı tərk etmiş 34 576 nəfər artıq Ermənistan Respublikasının vətəndaşlığını qəbul edib.

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın daxili işlər naziri Arpine Sarkisyan martın 18-də keçirlən müzakirələr zamanı bildirib.

"Ermənistan Respublikası Prezidentinin ofisində təxminən 1000 ərizə - fərman layihələri var. Buna uyğun olaraq, yaxın günlərdə təxminən 1000 nəfər haqqında qərarlar verə və bu prosesi sürətləndirə biləcəyik", - deyə o bildirib.

Nazir həmçinin deyib ki, heç bir imtina olmayıb. O bildirib ki, bu, Ermənistan Respublikası Hökumətinin inteqrasiya prosesini sürətləndirmək öhdəliyini nümayiş etdirir.

Daxili işlər naziri qeyd edib ki, "28 000 azyaşlı var idi ki, onlardan təxminən 12.000 nəfəri valideynlərinin vətəndaşlıq alması nəzərə alınmaqla pasportlar vasitəsilə artıq Ermənistan Respublikasının vətəndaşlığını qəbul edib".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı