Modern.az

Qətər İran diplomatlarına 24 saat vaxt verdi

Qətər İran diplomatlarına 24 saat vaxt verdi

Dünya

Bu gün, 09:39

Qətər Xarici İşlər Nazirliyi İranın hərbi və təhlükəsizlik attaşelərinə və onların əməkdaşlarına 24 saat ərzində ölkəni tərk etmələrini əmr edib.

Modern.az xəbər verir ki, bu barədə BBC-nin məlumatında bildirilib.

"Həm səfirliyin hərbi və təhlükəsizlik attaşeləri, həm də işçi heyəti persona non qrata elan edilib və biz onların ölkəni maksimum 24 saat ərzində tərk etmələrini tələb edirik", - nazirliyin açıqlamasında deyilib.

Bu, İranın Qətərdə neft və qaz obyektlərinin yerləşdiyi Ras Laffan sənaye mərkəzinə hücumundan sonra baş verib.

Daha əvvəl Qətər hakimiyyəti Ras Laffana hücumu milli təhlükəsizliyə birbaşa təhdid elan etmişdi.

Sizə yeni x var
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı