Modern.az

İsraildə xəstəxanaya yerləşdirilənlərin SAYI

İsraildə xəstəxanaya yerləşdirilənlərin SAYI

Dünya

Bu gün, 16:40

İsraildə müharibə başlayandan bəri yaralananların sayı ilə bağlı yeni statistika açıqlanıb.

Modern.az xəbər verir ki, İsrail KİV-lərinin məlumatına görə, hərbi əməliyyatın başlanğıcından martın 19-dək ölkənin müxtəlif xəstəxanalarına ümumilikdə 3924 nəfər yaralı təxliyə olunub.

Onlardan hazırda 79 nəfərinin müalicəsi stasionar şəraitdə davam etdirilir.

Məlumata əsasən, hospitalizasiya olunan şəxslərdən 1-nin vəziyyəti kritikdir. 6 nəfər ağır, 12 nəfər orta ağır, 60 nəfər isə yüngül xəsarətlər alıb. 

O da qeyd edilib ki, son 24 saat ərzində xəstəxanalara 177 yeni yaralı daxil olub. Yaralılardan 1-i kritik, 2-si ora ağır yaralıdır. 7 nəfər isə güclü sinir şoku vəziyyətindədir.

 

Sizə yeni x var
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı