İtaliyanın avtomobil istehsalçısı "Ferrari" şirkəti Yaxın Şərqə dəniz yolu ilə bəzi tədarükləri dayandırmaq qərarına gəlib.
Modern.az "Milano Finanza" portalına istinadən xəbər verir ki, bu addım İran ətrafındakı hərbi eskalasiya ilə əlaqəli risklərlə bağlıdır.
Hava yolları ilə tədarüklər davam edir. 2025-ci ildə Yaxın Şərqə təxminən 600 lüks yarış avtomobili satılıb. Tədarükün dayandırılması elan edildikdən sonra "Ferrari"nin səhm qiyməti 4 faiz aşağı düşüb.