Modern.az

İsrailin F-16 qırıcı təyyarəsini vurduq - SEPAH

İsrailin F-16 qırıcı təyyarəsini vurduq - SEPAH

Dünya

Bu gün, 16:19

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) elan edib ki, İranın mərkəzi səmasında üçüncü düşmən qırıcı təyyarəsi vurulub.

Modern.az “Tasnim”ə istinadən xəbər verir ki, SEPAH-ın İctimaiyyətlə əlaqələr şöbəsi vurulan təyyarənin İsrailə məxsus üçüncü düşmən qırıcısı - F-16 olduğunu bəyan edib.

İsrail qırıcısı SEPAH-ın Aerokosmik Qüvvələrinin müasir hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.

SEPAH bəyan edib ki, müharibənin ilk 3 həftəsində dronlar, kruiz raketləri, tankerlər və ultra inkişaf etmiş düşmən qırıcıları da daxil olmaqla 200-dən çox texnika uğurlu şəkildə ələ keçirilib və ya məhv edilib.
 

Whatsapp
Bizə yazın!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı