Modern.az

Vətən müharibəsi veteranı avtoqəzada həlak olub

Vətən müharibəsi veteranı avtoqəzada həlak olub

Hadisə

21 Mart 2026, 10:19

Vətən müharibəsinin iştirakçısı yol qəzasında həlak olub.

Modern.az xəbər verir ki, bu barədə mərhumun dostları sosial şəbəkədə bildiriblər.

Kəlbəcər rayonunun Mərcimək kənd sakini, Xüsusi Təyinatlı Qüvvələrin döyüşçüsü olmuş Ramin Nurəddin oğlu İsayev 19 mart 2026-cı il tarixdə avtoqəza zamanı dünyasını dəyişib.

Ramin İsayev Şuşanın işğaldan azad olunmasında iştirak edib.

Allah rəhmət eləsin!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...