Floridada ABŞ və Ukrayna nümayəndələri arasında danışıqlar başa çatıb.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov nəticələri öz "Telegram" kanalında paylaşıb.
"Görüşlər zamanı etibarlı təhlükəsizlik zəmanətləri və humanitar məsələlər, xüsusən də vətəndaşlarımızın mübadiləsi və geri qaytarılması məsələlərinə diqqət yetirdik", - deyə o bildirib.
Onun sözlərinə görə, tərəflər görüşdən sonra əlaqələndirilmədə irəliləyiş əldə edə biliblər.