Fars körfəzi ölkələri Donald Trampı İranın enerji obyektlərinə zərbələr endirməkdən çəkindirib.
Modern.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri məlumat yayıb.
Agentliyin məlumatına görə, müttəfiqlər Vaşinqtonun bu təhdidi həyata keçərsə, müharibə fəlakətə çevrilə biləcəyini qeyd ediblər. ABŞ-nin Yaxın Şərqdəki tərəfdaşları bildiriblər ki, İran infrastrukturuna uzunmüddətli zərər vurulması müharibə başa çatdıqdan sonra ölkənin “uğursuz dövlətə” çevrilməsinə demək olar ki, qaçılmaz şəkildə gətirib çıxaracaq.
Bloomberg həmçinin qeyd edir ki, Trampın İranın enerji infrastrukturuna zərbələri təxirə salmaq qərarı bazarları sakitləşdirmək istəyi ilə də bağlıdır. Trampın açıqladığı bu qərar dərhal neft qiymətlərinin enməsinə səbəb olub.