"Volkswagen" (VW) və "Cupra" (İspaniya avtomobil istehsalçısı SEAT-ın törəmə şirkəti, "Volkswagen" Qrupunun bir hissəsi) yanğın təhlükəsi səbəbindən dünya miqyasında 94 mindən çox elektrik avtomobilini geri çağırır.
Modern.az xəbər verir ki, bu barədə Federal Avtomobil Nəqliyyatı İdarəsi məlumat yayıb.
Agentlik yanğına səbəb ola biləcək hadisələrin batareyadan qaynaqlandığını deyib. Hazırda müəyyən edilmiş problem səbəbindən xəsarətlə nəticələnən heç bir hadisə məlum deyil.
Geri çağırılan "Volkswagen" modellərinə 2023-cü il 24 iyun-23 avqustda istehsal olunmuş ID.3, ID.4, ID.5 və ID.Buzz daxildir. Cupra 7 fevral 2022-ci il ilə 21 aprel 2024-cü il arasında istehsal olunmuş "Born" modellərini geri çağırır.