Modern.az

Türkiyədə 14 məşhur polis tərəfindən saxlanılıb

Türkiyədə 14 məşhur polis tərəfindən saxlanılıb

Dünya

Bu gün, 09:05

İstanbul Baş Prokurorluğu tərəfindən məşhurları hədəf alan "narkotik" istintaqı çərçivəsində 16 nəfər barədə saxlanma qərarı verilib.

Modern.az yerli mediaya istinadən xəbər verir ki, keçmiş Beşiktaş prezidenti Fikrət Orman və keçmiş Qalatasaray prezidenti Burak Elmas da daxil olmaqla 14 nəfər polis nəzarətinə alınıb.

İstintaq çərçivəsində Hakan Sabancı, Kərim Sabancı, aktrisa Hande Erçel, model Didem Soydan və aparıcı Güzide Duran da daxil olmaqla 16 nəfər haqqında həbs qərarı verildiyi öyrənilib. Eyni vaxtda keçirilən əməliyyatda 14 nəfər saxlanılsa da, daha iki nəfər haqqında axtarış qərarı verilib.

Habertürk-ün keçmiş baş redaktoru Mehmet Akif Ersoyun həbs olunduğu eyni istintaq çərçivəsində Fənərbaxça prezidenti Sadettin Saran da saxlanılıb; o, daha sonra məhkəmə nəzarəti və səyahət qadağası altında sərbəst buraxılıb.

Sizə yeni x var
Keçid et
Azərbaycanla sərhəd bölgəyə hücum - Ö*lənlər var - Gündəm Masada - Media Turk TV