"İran Silahlı Qüvvələri Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib".
Modern.az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bunu "Xatəm əl-Ənbiya" hərbi komandanlığının mərkəzi qərargahının rəsmi nümayəndəsi İbrahim Zülfəqari deyib.
"Regionda bütün ABŞ bazaları məhv edildiyindən, amerikalı komandirlər və əsgərlər qaçaraq bazalardan kənardakı sığınacaqlarda gizləniblər və biz onları axtarırıq", - deyə o bildirib.
İ.Zülfəqari, həmçinin Yaxın Şərq bölgəsinin bütün sakinlərini ABŞ hərbçilərinin gizləndiyi yerlər barədə məlumat verməyə, habelə "öz təhlükəsizlikləri üçün onların qovulmasını tələb etməyə" çağırıb.