Ermənistan hökuməti ölkə dəmir yollarının idarəçiliyi ilə bağlı mümkün dəyişikliklərə açıq mövqe sərgiləyib.
Modern.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin dəmir yolunun konsessiya idarəçiliyinin Qazaxıstan şirkətinə verilməsi ehtimalına münasibət bildirib.
O qeyd edib ki, bu məsələ yalnız Rusiya ilə qarşılıqlı razılıq əsasında mümkün ola bilər.
“Əgər Rusiya və Ermənistan arasında qarşılıqlı razılıq əldə olunarsa və Qazaxıstan şirkəti hər iki tərəf üçün məqbul sayılarsa, biz buna etiraz etmərik”, – deyə Paşinyan bildirib.
Baş nazir əlavə edib ki, hazırda bu istiqamətdə konkret danışıqlar aparılmır. Bununla belə, rəsmi İrəvan gələcəkdə Rusiya ilə tərəfdaşlıq razılaşmasına nail olmağı planlaşdırır.