Modern.az

İsraili dəstəklədi - müharibəyə qoşula bilər

İsraili dəstəklədi - müharibəyə qoşula bilər

Dünya

26 Mart 2026, 10:55

Uqanda rəhbərliyi İranla bağlı gərginlik fonunda İsraili açıq şəkildə dəstəklədiyini bəyan edib.

Modern.az xəbər verir ki, Uqanda Silahlı Qüvvələrinin rəhbəri Muhuzi Kaineruqaba açıqlamasında bildirib ki, İsrailin məğlubiyyəti və ya məhv edilməsi ilə bağlı istənilən çağırışlar ölkəsini müharibəyə cəlb edə bilər.

Onun sözlərinə görə, İsrailə dəstək göstərmək üçün xüsusi çağırışa ehtiyac yoxdur: “Əgər İsrailin köməyə ehtiyacı olsa, sadəcə bunu deməsi kifayətdir. Onun uqandalı qardaşları kömək etməyə hazırdır”.

Qeyd edək ki, bu açıqlama Yaxın Şərqdə artan gərginlik fonunda verilib və beynəlxalq səviyyədə diqqət çəkib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!