Modern.az

İsrailli nazir SEPAH komandirinin ölümünü təsdiqlədi

İsrailli nazir SEPAH komandirinin ölümünü təsdiqlədi

Dünya

Bu gün, 14:35

İsrailin müdafiə naziri İsrael Katz SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin komandanı Əlirza Təngsirinin öldürüldüyünü bildirib.

Modern.az xəbər verir ki, Katz Əlirza Təngsirinin öldürüldüyünü təsdiqləyib.

Qeyd edək ki, Təngsir uzun illərdir SEPAH sıralarında fəaliyyət göstərir və İranın dənizdə asimmetrik müharibə taktikasının formalaşmasında iştirak edib. Onun rəhbərliyi altında SEPAH donanması sürətli hücum katerləri, pilotsuz sistemlər və qeyri-ənənəvi döyüş üsulları ilə diqqət çəkir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Azərbaycanla sərhəd bölgəyə hücum - Ö*lənlər var - Gündəm Masada - Media Turk TV