Modern.az “Financial Times” qəzetinə istinadən xəbər verir ki, Əbu-Dabi bu qərar barədə ABŞ və digər Qərb ölkələrini məlumatlandırıb.
Bildirilir ki, BƏƏ öz hərbi-dəniz qüvvələrini də bu təşəbbüs çərçivəsində bölgəyə göndərməyi planlaşdırır və İranla bağlı daha sərt mövqe nümayiş etdirməyə hazırlaşır.
Nəşr əlavə edib ki, BƏƏ Bəhreynlə birlikdə BMT Təhlükəsizlik Şurasında bu qüvvəyə rəsmi mandat verilməsi üçün qətnamə layihəsi üzərində çalışır:
"Lakin təşəbbüsün Rusiya və Çin tərəfindən etirazla qarşılanacağı ehtimal edilir", - deyə məlumatda qeyd edilib.