Çexiyanın paytaxtı Praqadakı "Rus Evi" hücuma məruz qalıb.
Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə "Rus Evi"nin rəhbəri İqor Girenko bildirib.
Onun sözlərinə görə, martın 26-da naməlum şəxslər "Rus Evi"nin binasına "Molotov kokteyli" atıb.
Girenko atılan altı ədəd "Molotov kokteyli"ndən üçünün yanmadığını qeyd edib.