Modern.az

Avtobus qatarla toqquşdu, xəsarət alanlar var

Avtobus qatarla toqquşdu, xəsarət alanlar var

Dünya

30 Mart 2026, 22:27

Qazaxıstanın Almatı vilayətində dəmir yolu keçidində sərnişin avtobusu qatarla toqquşub.

Modern.az-ın Qazaxıstan mediasına istinadla verdiyi xəbərə görə, avtobus keçiddə kömür stansiyasından hərəkət edən qatara çırpılıb.

Hadisə zamanı xəsarət alan 6 nəfər tibb müəssisəsinə çatdırılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyə İran üçün müharibəyə qoşulur? - ŞOK CAVAB