ABŞ-nin Florida ştatının qubernatoru Ron DeSantis Donald Trumpın şərəfinə Palm Biç Beynəlxalq Hava Limanının adının dəyişdirilməsi ilə bağlı qanun layihəsini imzalayıb.
Modern.az xəbər verir ki, sənədə əsasən, hava limanının adı müvafiq prosedurlar tamamlandıqdan sonra “Prezident Donald J. Tramp Beynəlxalq Hava Limanı” olaraq dəyişdiriləcək.
Qərarın qüvvəyə minməsi üçün Federal Aviation Administration tərəfindən təsdiq verilməlidir. Bundan əlavə, dəyişiklik yerli idarəetmə qurumları ilə razılaşdırıldıqdan sonra rəsmi xarakter alacaq.
Bu addım ABŞ-da siyasi simvolların və keçmiş prezidentlərin adlarının ictimai obyektlərə verilməsi ənənəsinin davamı kimi qiymətləndirilir. Eyni zamanda, qərarın ölkə daxilində müxtəlif reaksiyalara səbəb ola biləcəyi də istisna edilmir.